“Samsung Galaxy S8” smartfonunun yeni versiyası hazırlanır
“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, 1,9 qiqahers takt tezlikli “Snapdragon 835” prosessoru ilə təchiz ediləcək smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək.
Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb.
Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcəklər.
Nizam Nuriyev