Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Plastik şüşə korpuslu ultrabuklar istehsal ediləcək


“Acer” və “ASUS” şirkətləri ultrabuklar (İntel korporasiyasının məhsuldarlığı itirmədən nazik, 20 mm-dək yüngül mobil kompyuterlərin yaradılması konsepsiyası) üçün alümin korpusların çatışmazlığı problemini həll ediblər və eyni zamanda belə qurğuların maya dəyərinin azaldılması üsulunu tapıblar.

2012-ci ilin əvvəlində “Acer” əsasını şüşə lif təşkil edən korpusu plastik şüşə materialdan olan “ultrabuk”un istehsalına başlayacaq.

Şirkət belə korpusa malik bir neçə 15 düymlük nazik və məhsuldar qurğunun modellərini təqdim edəcək. Bunun ardınca oxşar qərarı Tayvanın “ASUS” korporasiyası da verəcək.

Plastik şüşə korpusları ilə sözügedən istehsalçıları “Mitac Precision Technology” şirkəti təchiz edəcək. Alümin material əvəzinə şüşə lifdən istifadə istehsalçılara hər “ultrabuk”un istehsalında 20 dollara yaxın vəsaitə qənaət etmək imkanı verəcək.

Bundan başqa, bu material yüksək dözümlülüyü, kənar təsirlərə qarşı davamlılığı ilə seçilir və bununla yanaşı, çəkisi çox yüngüldür.

www.mincom.gov.az




08/10/11    Çap et