Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aşağı enerji sərfiyyatı tələb edən effektiv sifətin tanınması sistemi yaradılıb


Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan (KAIST) olan mühəndislər qrupu tərəfindən hazırlanmış yığcam qurğu insan sifətini 97%-dək dəqiqliklə tanıyır. Aşağı enerji sərfiyyatı ilə səciyyələnən sözügedən qurğu gündəlik həyatda geniş tətbiq oluna bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, hazırda mövcud olan yüksək dəqiqlikli sifətin tanınması sistemlərinin işi üçün böyük hesablama gücü tələb olunur ki, bu da onların məhdud hesablama resurslarına və nisbətən zəif akkumulyatora malik mobil qurğularda effektiv tətbiqinə imkan vermir. Buna görə Koreya alimləri tərəfindən yaradılmış sistem insan sifətini yüksək dəqiqliklə tanımaqla yanaşı, həmçinin daha az enerji tələb edir.

“K-Eye” adlandırılmış sistem çox dəqiq neyron şəbəkəsi əsasında işləyir və şəkli fotosensordan əldə edərək onu ani olaraq təhlil edən (sifəti fondan ayırır) xüsusi analoq prosessordan ibarətdir. Bundan sonra bu fraqment “KAIST” tərəfindən hazırlanmış və bilavasitə sifətin tanınması ilə məşğul olan “CNPP” adlı rəqəmli prosessora ötürülür.

Emil Hüseynov







17/06/17    Çap et