Britaniyalı alimlər insan görünüşündəki dəyişiklikləri proqnozlaşdıran neyron şəbəkəsi yaradıblar
Bradford Universitetində çalışan britaniyalı alimlər qrupu tərəfindən yaradılmış unikal neyron şəbəkəsi insan görünüşündəki dəyişiklikləri proqnozlaşdırır. Alimlərin sözlərinə görə, onlar tərəfindən hazırlanmış alqoritm xətti deyil, buna görə fərdi parametrlərin hesablanması üçün tam uyğundur.
“ICTnews” Elektron Xəbər Xidməti “
dni24.com” saytına istinadən yazır ki, yeni proqramın yaradıcılarından biri deyib ki, sistem öyrənmə prosesində bir neçə min sifətin şəkli ilə bağlı məlumatları təhlil edib. Alqoritm insan sifətinin bütün xüsusiyyətlərini (alın, dodaqlar, burun və hətta almacıq sümüklərinin formasını) tutuşdurduqdan sonra son nəticəni təqdim edir.
Yeni proqram çoxdan itkin düşmüş insanların axtarışında istifadə edilə bilər. Alimlər sınaq zamanı 1991-ci ildə Yunanıstanda itkin düşmüş 21 aylıq oğlan şəklindən istifadə ediblər. Onu tapmaq alınmasa da, ancaq sistem həmin oğlanın 20 il sonrakı görünüşünü təsvir edib.
Emil Hüseynov