Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ilədək 98 milyard mobil proqram yüklənəcək
“Berg İnsight” şirkətinin son tədqiqat məlumatlarına əsasən, 2015-ci ilədək yüklənən mobil proqram təminatının sayı əhəmiyyətli dərəcədə artacaq. Bu şirkətin məlumatına əsasən, 2015-ci ilədək istifadəçilər hər il smartfon və planşetlər üçün 98 milyard mobil proqram yükləyəcəklər.
Qeyd edək ki, analitik şirkətlərin yükləmələrin sayı ilə bağlı dərc etdikləri proqnozlar fərqlidir. Bundan əvvəl “İn-Stat” analitik şirkətinin dərc etdiyi proqnoza əsasən, 2015-ci ilədək mobil proqram yükləmələrinin sayı ildə 48 milyarda qədər artacaq.
“Berg” şirkəti, həmçinin proqnozlaşdırır ki, 2015-ci ilədək mobil proqramlardan əldə olunan gəlir 12 milyard olacaq.
08/10/11 Çap et