Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadəyə icazə verib
“Skype” internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş “Starship Technologies” adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, qanuna görə, robotun hündürlüyü 1 metr və uzunluğu isə 1,2 metrdən çox olmamalıdır. Robotun çəkisi 50 kq, korpusu isə ağ rəngdə olmalıdır. Robot kuryer mütləq fara və işığı əks etdirən elementə malik olmalıdır. “Starship Technologies” tərəfindən hazırlanan robotlar bu şərtlərə uyğun gəlir, ona görə çox tezliklə belə kuryerlər Estoniya ərazisi üzrə bağlamaların çatdırılmasını həyata keçirəcəklər.
Emil Hüseynov