Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kimyəvi silahı neytrallaşdıra bilən qoruyucu parça yaradılıb


Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri sayılır. İlk vaxtlarda kimyəvi silah insana tənəffüs yolu vasitəsilə zərər vurduğu halda, müasir nümunələr son dərəcə təhlükəlidir. Belə silahın tətbiqinin qadağan edilməsinə baxmayaraq, bu o demək deyil ki, ona qarşı müdafiə vasitələri yaratmağa ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni parça növü zəhərləyici maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, qoruyucu parçanın əsasını katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət olan xüsusi üzvi-metal strukturlar (metal-organic frameworks, MOF) təşkil edir. Bu strukturlar kimyəvi silahın tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə neytrallaşdırmaq və parçalamaq qabiliyyətinə malikdir. Tozaoxşar üzvi-metal strukturlar, həmçinin bəzi qaz növlərini sovura bilir.

Yeni həll Şimal Karolina Universitetinin alimləri tərəfindən tapılıb. Gələcəkdə bu texnologiya əsasında yaradılmış parça yalnız hərbçilər üçün deyil, həm də xilasetmə xidmətləri üçün qoruyucu geyim dəstlərinin istehsalında istifadə edilə bilər.

Emil Hüseynov





20/06/17    Çap et