“Skype”ın fəaliyyətində qlobal nasazlıq yaranıb
“Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan qlobal nasazlıqdan şikayətlənməyə başlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, problemlə üzləşən Rusiya, Avropa İttifaqı, ABŞ və Ukrayna istifadəçiləri girişin və məlumatın göndərilməsinin və qəbul edilməsinin qeyri-mümkün olmasını bildirirlər. Bununla bağlı ilk şikayətlər iyunun 19-da axşam daxil olmağa başlayıb. Şirkət nasazlıqla bağlı hələ ki rəsmi açıqlama verməyib.
2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş verib. İstifadəçilər bildirişlərdə, eləcə də məlumatların göndərilməsində problemlərlə qarşılaşıblar.
Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.
Qeyd edək ki, “Skype Technologies” şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə “Microsoft” korporasiyası “Skype”ı 8,5 milyard dollara satın alıb.
Nizam Nuriyev