Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Note 8” smartfonunun təqdimat tarixi bəlli olub


“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimetmə tarixi məlum olub. “The Investor” nəşri yazır ki, insayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, bundan əvvəl olan məlumata görə, “Samsung” şirkəti “Note 8” smartfonunu  2017-ci ilin sentyabrında Berlində keçiriləcək “IFA” konfransında nümayiş etdirəcək. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək  tədbirində təqdim etməyi planlaşdırır.

Şayiələrə görə, “Samsung Galaxy Note 8” smartfonu 4428x2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, “Qualcomm Snapdragon 836” prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək.
“Samsung Galaxy Note 7” cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb.

2017-ci ilin martında şirkət təmir edilmiş “Galaxy Note 7” qurğusunu yenidən satışa çıxarıb.

Emil Hüseynov





21/06/17    Çap et