Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa Komissiyası “Microsoft” və “Skype” sazişinə razılıq verib
Avropa Komissiyası “Skype VoİP” telefoniya xidmətinin “Microsoft” korporasiyası tərəfindən alınması sazişinə razılıq verib.
“Microsoft” korporasiyasının “Skype”-ı 8.5 milyard dollara alması xəbəri 2011-ci ilin may ayında məlum olub. “Skype”-ın ayrı bölmə kimi “Microsoft” korporasiyası tərkibinə daxil olacağı bildirilirdi.
“Microsoft” söz verib ki, “Skype”-ın digər əməliyyat sistemləri, həmçinin “Mac OS X” və “Linux” üçün versiyalarını dəstəkləyəcək.
08/10/11 Çap et