Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson”: “2018-ci ildə “LTE” texnologiyası nüfuzetmə səviyyəsinə görə “GSM”-i üstələyəcək”


“Ericsson” şirkəti yeni hesabat hazırlayaraq 2018-ci ildə abunəçilərin sayına görə kütləvi rabitə texnologiyası statusunun “GSM”-dən “LTE” (4G) texnologiyasına keçəcəyini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, hesabata görə, “LTE” 2,5 milyard abunəçini əhatə etmək üçün 5 il sərf etdiyi halda “WCDMA/HSPA” və ya “3G” bu göstəriciyə 8 ilə nail olub.
Sənəddə, həmçinin qeyd olunur ki, təkcə cari ilin birinci rübündə dünyada “LTE” texnologiyasının istifadəçilərinin sayı 250 milyon abunəçi artıb.

Bundan başqa, “Ericsson” bildirir ki, 2022-ci ilədək yarım milyardadək “5G” istifadəçisinin (“Əşyalar interneti” (IoT) üçün texnologiyalardan istifadə nəzərə alınmadan) qoşulması gözlənilir. Bu isə o deməkdir ki, “5G” texnologiyasından planet əhalisinin təxminən 15 faizi istifadə edəcək.

“Ericsson” şirkətinin strateji planlaşdırma şöbəsinin rəhbəri Niklas Heveldop bildirib ki, “4G” istifadəçilərinin sayı sürətli templərlə artır, “LTE” vasitəsilə səsin ötürülməsi texnologiyasının populyarlığı sürətlənir, ötürülən trafikin həcminin artımı isə 2013-cü ildən bəri qeydə alınmayan səviyyəyə çatıb. “Mənə sənayedə şəbəkələrin təşəkkülü istiqamətində atılan addımları müşahidə etmək çox xoşdur. Məsələn, bu məqsədlə “5G” şəbəkəsinin sürətli tətbiqinə imkan verəcək “Non-Standalone 5G New Radio” (NR) qeyri-avtonom radiorabitə texnologiyası təsdiq edilib. Proqnozlara görə, 2022-ci ilədək “5G” şəbəkə istifadəçilərinin sayı yarım milyarda çatacaq və standart dünya əhalisinin 15 faizini əhatə edəcək.

Nizam Nuriyev 





21/06/17    Çap et