Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Oracle” şirkəti 200 milyon dollar dəyərində cərimələnib
ABŞ-ın Ədliyyə Nazirliyi (DOJ) dövlət sifarişçilərini aldatdığı üçün “Oracle” korporasiyasını 200 milyon dəyərində cərimələyib.
İdarənin bəyanatına əsasən, dünyanın ən böyük proqram təminatı təchizatçılarından biri qəsdən öz biznes-təcrübəsi haqqında informasiyanı gizlədib və endirimlər haqqında səhv məlumatlar verib.
Nəticədə dövlət sifarişcisi “Oracle” korporasiyasının digər müştəriləri ilə müqayisədə daha az endirim alıb. Zərər 199,5 milyon dollar dəyərində qiymətləndirilib.
“Oracle” korporasiyasında ABŞ Ədliyyə Nazirliyinin iddiaları ilə razı deyillər: şirkət qeyd edir ki, bir çox şahidlər ya ifadə verə bilmir, ya da 13 il əvvəlki hadisələri xatırlaya bilmirlər. Bununla belə korporasiya cəriməni ödəməyə razılaşıb.
08/10/11 Çap et