2016-cı ildə ödəmə terminallarına edilmiş hücumların sayı yüksəlib
Ötən il ödəmə terminallarına edilmiş hücumların sayı artıb. “Trustwave” informasiya təhlükəsizliyi şirkətinin məlumatına görə, 2016-cı ildə ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Trustwave” şirkətinin ekspertləri tərəfindən bu sahədə araşdırılan hadisələrin 49%-i Şimali Amerika, 21%-i Asiya-Sakit okean regionu, 20%-i Avropa, Orta Asiya və Afrika, 10%-i isə Cənubi Amerikanın payına düşür. Hücumların 22%-i pərakəndə ticarətlə məşğul olan şirkətlərə, 20%-i isə ictimai qida müəssisələrinə qarşı həyata keçirilib.
“Trustwave” şirkəti tərəfindən araşdırılmış hadisələrin 50%-dən çoxu bank kartlarının oğurlanması ilə bağlıdır. 33% halda hakerlər məlumatları kartların maqnit lentlərindən oğurlayıblar, 30% halda isə hücum kart olmadan əməliyyatların keçirilməsi zamanı həyata keçirilib.
Emil Hüseynov