Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alman hakimiyyəti troyan vasitəsi ilə istifadəçiləri izləyib


Almaniyanın “Chaos Computer Club” adlı məşhur hakerlər qrupu şəxsi bəyanatlarını dərc ediblər. Onlar bəyanatda Almaniya hökumətini ittiham ediblər. Onların iddialarına görə, hökumət istifadəçiləri izləmək üçün troyan proqramı yaradıb və onu şəbəkədə yayır.

“Chaos Computer Club” nümayəndələrinin sözlərinə əsasən, troyan şəbəkədə aşkar edilib və analiz edilib. Məlum olub ki, bu proqram alman polisi tərəfindən müxtəlif informasiyanın ələ keçirilməsi üçün istifadə olunub.

Almaniyanın hakimiyyət nümayəndələri hələ ki bu ittihamla bağlı heç bir şərh verməyiblər.




10/10/11    Çap et