“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi bəlli olub
Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7 Fandom Edition" smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.
"ICTnews" Elektron Xəbər Xidməti "
Rambler" resursuna istinadən yazır ki, "Galaxy Note 7 FE" digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.
Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən "Note 7" modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar "Note 7" smartfonunu "Galaxy S8" və "S8+" modellərinin satışı üçün təhlükəli hesab edirlər.
"Galaxy Note 7 Fandom Edition" smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.
Qeyd edək ki, "Samsung" şirkətinin ötən il təqdim etdiyi "Galaxy Note 7" smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli "Exynos 8890" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.
Nizam Nuriyev