Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli transformasiya texnologiyaları üçün xərclər 1,2 trilyon dollaradək artacaq


“IDC” analitik şirkəti 2017-ci ildə dünyada rəqəmli transformasiya layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan mal və xidmətlərin satış həcminin 1,2 trilyon dolları ötəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisini 17,8 faiz üstələyir. Yüksək artım tempi yaxın illərdə də davam edəcək və 2020-ci ilədək satış həcmi 2 trilyon dollaradək artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, ümumilikdə rəqəmli transformasiya layihələrinin büdcəsinin təxminən yarısı rabitə ödənişləri, İT sahəsində xidmətlər, eləcə də proqramların hazırlanması və quraşdırılması üçün sərf olunur. Lakin müxtəlif sahələrdə xərclərin bölüşdürülməsi eyni deyil. Məsələn, istehsalda büdcənin 20 faizi proqramların hazırlanması və quraşdırılmasına xərclənir, nəqliyyat müəssisələri isə vəsaitlərin yarısını rabitə xidmətlərinə sərf edir.

Məlumata görə, cari ildə investisiyaların yarısından çoxu əməliyyat modellərində innovasiyaları dəstəkləyən texnologiyalara - rəqəmli şəbəkəyə məhsul və xidmətlərin, aktivlərin, əməkdaş və ticarət tərəfdaşlarının daxil edilməsi ilə fəaliyyətin səmərəliyinin artırılmasına yönəldiləcək. İnvestisiyaların böyüklüyünə görə ikinci yerdə müştəri, tərəfdaş və əməkdaşlarla fəaliyyətin dəstəklənməsi, eləcə də fərdi tələbat məhsul və xidmətlərinin yaradılması texnologiyaları qərarlaşıb.

Nizam Nuriyev 





29/06/17    Çap et