Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə-Baku” klublararası dünya çempionatında
Oktyabrın 8-də Qətərin paytaxtı Dohada voleybolçu qadınlar arasında klublararası dünya çempionatı başlayıb.
Çempionatda Azərbaycanı təmsil edən Bakının “Rabitə” klubu artıq Dohadadır. Serbiyalı Olimpiya çempionu Zoran Qayiçin rəhbərliyi altında komandamız tam heyətdə ilk məşqə çıxıb.
Avropa çempionatında qızıl medal qazanmış Serbiya yığmasının və “Rabitə- Baku” komandasının üzvləri - orta oyunçu Nataşa Krsmanoviç və Libero Silviya Popoviç də komandaya Qətərdə qoşulublar.
“Rabitə-Baku”nun ilk rəqibi Asiya çempionu Tailand təmsilçisi “Chang” komandasıdır. İlk oyuna oktyabrın 11-də çıxacaq komandamızın oyun cədvəli olduqca gərgindir. Yarımfinala vəsiqə qazanacağı təqdirdə komandamız ardıcıl 4 gün oyun keçirməli olacaqdır.
10/10/11 Çap et