Akkumulyatorsuz işləyən ilk mobil telefon prototipi yaradılıb
Hər il prosessor istehsalçıları enerji sərfiyyatının azaldılması və avtonom iş vaxtının yüksəldilməsi haqda məlumat verirlər, amma smartfonlar orta hesabla bir gün işləyir. Əlbəttə, daha güclü prosessorlar istehsal edilir, daha mürəkkəb proqram təminatı yaradılır. Amma bütün bunlara baxmayaraq, istifadəçilər avtonom iş vaxtının yüksəldilməsini istəyirlər. Vaşinqton Universitetində Vamsi Tallayın rəhbərliyi altında çalışan tədqiqat qrupu bu problemin həllini tapıb. Onlar tərəfindən yaradılmış telefon prototipi ətraf mühitin enerjisi ilə işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, "mobil telefon ən faydalı qurğulardan biridir. Təsəvvür edin ki, telefonunuzda akkumulyatorun şarjı bitsə belə siz mesaj göndərə və zəng edə bilərsiniz" – tədqiqat laboratoriyasının direktoru Coşia Smit deyib.
İndiki vəziyyətdə telefonun prototipi yalnız yığım üçün düymələr və işıq diodu indikatoru ilə təchiz edilib. Tədqiqatçılar sonrakı versiyada “E-ink” displey quraşdırmaq və çağırışın keyfiyyətini yaxşılaşdırmaq niyyətindədir.
Emil Hüseynov