Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Geyimdəki xoşagəlməz qoxuları aradan qaldıran asılqan yaradılıb


“Panasonic” şirkətinin mütəxəssisləri “Deodorant Hanger MS” adlı qeyri-adi qurğu hazırlayıblar. Bu, köynək və gödəkcələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan xilas olur.

“Deodorant Hanger MS” qurğusunun işi zamanı “Panasonic” şirkətinin “nanoe” adlı zərrəciklərindən istifadə olunur. Bu hissəciklər insan gözü üçün görünməzdir və artıq fenlərdə tətbiq edilir.

Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. Adi 5 saatlıq rejim xoşagəlməz qoxuların aradan qaldırılmasını təmin edir, 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub.

Geyimi emal etmək üçün onu asılqana asmaq və düyməni sıxmaq kifayətdir. Asılqanın qiyməti təxminən 180 dollardır. Sözügedən asılqan hələ ki yalnız Yaponiya sakinləri üçün əlçatandır.

Emil Hüseynov





01/07/17    Çap et