Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən “ağıllı” şirkətlərinin reytinqi dərc olunub


“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” - fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, birinci yeri “Nvidia” qrafik sürətləndiricisi və prosessorlar istehsalçısı tutub. Sonrakı yerlərdə “SpaceX” kosmik texnika istehsalçısı, “Amazon” internet mağazası və “23andMe” bioloji şirkəti qərarlaşıb.  

Liderlər beşliyini “Google” axtarış sisteminin sahibi “Alphabet” holdinqi tamamlayıb. Həmçinin, siyahıda “Intel” (13-cü yer), “Apple” (16-cı yer), “Facebook (23-cü yer), “Microsoft” (27-ci yer), “Tesla” (31-ci yer), “Foxconn” (33-cü yer), “Adidas” (38-ci yer), “IBM” (39-cu yer), “Alibaba” (41-ci yer), “HTC” (42-ci yer) və “Baidu” (50-ci yer) şirkətləri yer alıb.

Reytinqdə, əsasən, ABŞ, Çin və Avropa şirkətləri təmsil olunub, lakin nə qədər təəccüblü görünsə də, 50 aparıcı şirkət siyahısına Argentina (MercadoLibre onlayn mağazası), Nigeriya (Jumia internet platforması) və Keniya (günəş elektrikləşdirmə sistemlərinin satışı ilə məşğul olan M-KOPA şirkəti) şirkətləri daxil olub.

Nizam Nuriyev 





03/07/17    Çap et