İşıqla işə salınan nanomotorlar yaradılıb
ABŞ, İsrail və Xorvatiya mühəndisləri digər konstruksiyalarda olduğu kimi, xüsusi işıq mənbəyi ilə deyil, adi işıq vasitəsilə işə salınan sistem hazırlayıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "
Rambler" resursuna istinadən yazır ki, alimlərin hissəcikləri hərəkətə gətirməyə və ya onları fırlanmağa məcbur etməyə çalışdıqları tədqiqatların əksər hissəsi lazer şüaları və xüsusi avadanlıq tələb edir ki, bu da onların tətbiqetmə imkanlarını xeyli məhdudlaşdırır.
Massaçusets Texnoloji İnstitutunun tədqiqatçısı Ognen İlikin sözlərinə görə, bizim yanaşma adi işıqla bütün bu maraqlı mexaniki effektlərə nail olmağın mümkünlüyündən ibarətdir.
Məlumata görə, qrup fəaliyyətə 1 mikrometr ölçüdə Yanus hissəcikləri adlandırılan asimmetrik hissəciklərin modelləşdirilməsi ilə başlayıb. Onları silisium oksidindən hazırlamaq və bir tərəfdən nazik qızıl təbəqə ilə örtmək nəzərdə tutulub. Hissəciyin üzərinə işıq düşən zaman səthin örtülməsində fərq onu çevrilməyə məcbur edir. Bu halda ən əsası isə bütün hissəciklərin eyni şəkildə dönməsidir.
Tədqiqat müəllifləri ümid edir ki, təklif edilən texnologiyanı insan bədənində hissəciklərin vəziyyətinin dəyişdirilməsi üçün tətbiq etmək mümkün olacaq ki, bu da yeni terapiya üsulları üçün əsas rol oynaya bilər.
Nizam Nuriyev