“Samsung” smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə fərdi kompüterlərini blokdan çıxara biləcəklər
"Samsung" şirkəti "Flow" adlı autentifikasiya proqramını yeniləyib və indi bu proqramı quraşdırmış "Galaxy S6", "S7" və "S8" smartfonlarının sahibləri barmaq izi skanerinin köməyilə öz fərdi kompüterlərini blokdan çıxarmaq imkanı əldə ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "
hitech.newsru.ru" saytına istinadən yazır ki, şirkət bu funksiyanı ötən il təqdim edib, lakin o vaxt sözügedən funksiya barmaq izi skanerinin köməyi ilə yalnız "Galaxy TabPro S" planşetini blokdan çıxarmağa imkan verirdi. Yenilənmiş "Flow" mobil proqramı "Creators Update" yeniləməsi qurulmuş "Windows 10" əməliyyat sistemi ilə işləyən bütün fərdi kompüterləri dəstəkləyir.
Emil Hüseynov