Sintetik izlər gələcək təhlükəsizlik sistemləri üçün əsas olacaq
Cənubi Koreyanın Vuk Parkın rəhbərliyi ilə Kyunq Hi Universitetinin tədqiqatçılar qrupu gələcək təhlükəsizlik sistemlərinin əsasını təşkil edəcək texnologiya hazırlayıb. Onlar təsadüfi şəkildə əldə edilən və barmaq izlərini xatırladan naxışlar icad ediblər. Belə sintetik izlər unikaldır və təkrar yaradıla bilməz ki, bu da təhlükəsizliyi təmin edir. V.Park əmindir ki, gələcəkdə texnologiya praktiki tətbiq olunacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, izlərin əldə edilməsi üçün Cənubi Koreya tədqiqatçıları plastik parçasını nazik silisium oksidi ilə örtdükdən sonra etanolda isladaraq qurumağa qoyublar. Nəticədə unikal naxışlar yaradan silisium-dioksidi əmələ gəlib. Maraqlıdır ki, izin təsadüfən yaranmasına baxmayaraq mütəxəssislər çıxıntının harada yaranacağını müəyyənləşdirmək üçün prosesi nəzarət altında saxlamağı mənimsəyiblər. Bunun üçün onlar ultrabənövşəyi sulardan istifadə ediblər. Şüanın düşdüyü yerlərdə naxış qırılıb, əyilib və ya yayılıb.
Tədqiqatçılar əmindir ki, prosesin idarə edilməsi imkanı məlumatların ötürülməsinin mühafizəsi üçün faydalı ola bilər. Hissəciklər qrupunu eyni şüalanmaya məruz qoymaqla oxşar nöqtələrə malik müəyyən edilmiş dəst yaradılacaq və hər sonuncu iz unikal olacaq.
Hazırda alimlər yaradılan izin oxunması üçün kompakt skanerin hazırlanması ilə məşğuldurlar. Texnologiyanın gələcəkdə kütləvi şəkildə yayılmasını isə zaman göstərəcək.
Nizam Nuriyev