Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti yeni “G Pad IV 8.0” planşetini təqdim edib


“LG Electronics” şirkəti öz ölkəsində “LG G Pad IV 8.0 FHD LTE” adlı yeni planşetini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, şirkət planşetin incə və yüngül olmasını xüsusilə qeyd edib. Qurğunun fiziki ölçüləri 216,2x127x6,9 mm, çəkisi isə 209 qramdır. Planşet “WXGA” (1920x1200 piksel) təsvir ölçülü 8 düymlük ekran, 5 meqapiksellik iki kamera, 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saatdır.

“4G LTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2” və “GPS” dəstəklənir. Cihaz “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu gündən satışa çıxarılan “LG G Pad IV 8.0 FHD LTE” planşetinin qiyməti təxminən 306 ABŞ dollarıdır.

Emil Hüseynov





05/07/17    Çap et