Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2 gün ərzində avtonom işləyən 5,5 düymlük smartfon təqdim edilib


“Doogee” şirkəti “BL5000” adlı smartfonunu təqdim edib. Sözügedən qurğu böyük ekran, böyük tutumlu batareya ilə təchiz edilib və 2 gün ərzində avtonom işləyə bilir.
 
“Xiaomi” şirkəti bu yaxınlarda 6,44 düymlük ekran, nazik metal korpus və 5300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş “Mi Max 2” smartfonunu təqdim etmişdi. Bu aparatı bir əldə saxlamaq narahatdır. “iPhone 7 Plus” cihazı daxil olmaqla böyük tutumlu batareya ilə təchiz edilmiş smartfonların əksəriyyətində bu problem mövcuddur. “Doogee” şirkəti yeni “BL5000” modelində korpusun ölçüsü və akkumulyator batareyasının tutumu arasında balansı qoruyub saxlamağa dair qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, şirkət enerjini daha çox saxlaya bilən yüksək sıxlıqlı litium-polimer akkumulyatordan istifadə edib. Akkumulyator batareyasının tutumu 5050 milliamper/saat təşkil edir, bu halda 5,5 düymlük “BL5000” qurğusunu əldə saxlamaq rahatdır. Müqayisə üçün, “iPhone 7 Plus” smartfonunda batareyanın tutumu 2900 milliamper/saat təşkil edir.
 
“Doogee BL5000” cihazı əsas 13 meqapiksellik modula malik ikiqat kamera və ikinci teleobyektivə malik 13 meqapiksellik modulla, 8 nüvəli “MediaTek” prosessoru ilə təchiz edilib. Cihazın displeyi 3D şüşə ilə qorunur.
 
Cari ayın sonunda “Doogee BL5000” qurğusunun satışına start veriləcək.

Emil Hüseynov





05/07/17    Çap et