Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android One” proqramı üzrə yaradılan “Sharp smartfonu təqdim edilib


"Sharp" şirkəti "Android One" proqramı üzrə yaradılan yeni "Sharp X1" smartfon modelini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən yazır ki, proqram çərçivəsində müxtəlif istehsalçılar "Google" şirkəti tərəfindən hazırlanan aparat və əməliyyat platformaları əsasında ucuz qurğular buraxırlar. Smartfon 1,4 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

Məlumata görə, "Sharp X1" 1920х1080 piksel təsvir ölçülü 5,3 düym diaqonallı "IGZO" ekrana, eləcə də 16 meqapikselli ön, 8 meqapikselli arxa kameraya malikdir. Dördüncü nəsil "LTE" şəbəkəsini dəstəkləyən yeni qurğu, həmçinin barmaq izi skaneri, "Wi-Fi 802.11a/b/g/n/ac", "Bluetooth 4.2", "NFC" və "GPS" modulları və "USB Type-C" portu ilə təchiz olunub.

"Android 7.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 3900 milliamper/saat təşkil edir. Bundan başqa, qurğunun korpusu su və toz keçirmir.

Nizam Nuriyev 





05/07/17    Çap et