Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni "görünməz" proqram MMS mesajın köməyilə smartfonları virusa yoluxdurur


Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər.

Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, virus smartfona düşdükdən sonra zərərverici proqram qurbanın kontaktlarına zərər vurmağa davam edir, həmçinin istifadəçinin balansını öyrənərək pulu cinayətkarlara göndərir. Bundan başqa, sözügedən proqram istifadəçiyə bank proqramlarının saxta səhifəsini göstərərək onu öz kartının məlumatlarını daxil etməyə məcbur edib və bundan sonra pul  hesabdan silinib.

"Bu təhlükə “Android” mobil əməliyyat sisteminin istifadəçilərinə hədəflənib. Maraqlıdır ki, qurbanların telefonunda qurulmuş antiviruslar  sözügedən mobil tətbiqi zərərverici kimi qeydə almayıb. Bu vəziyyətdə antiviruslar kömək etmir" – “Group-IB” şirkətində zərərverici kodun dinamik təhlili bölməsinin direktoru Rüstəm Mirqasımov deyib.

Emil Hüseynov





07/07/17    Çap et