Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni elektrik mühərrikli təyyarə min km uçacaq


“Eviation Aircraft” şirkəti əlavə enerji toplamadan min km məsafəni qət edən elektrik sərnişin təyyarəsinin işlək prototipini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 9 sərnişin və 2 ekipaj üzvünü daşıyan kiçik təyyarə “Eviation Aircraft” şirkəti tərəfindən “NASA On-Demand Mobility Program” proqramı çərçivəsində yaradılıb. 2018-ci ilin sonunadək təyyarənin bütün lazımi sertifikasiyadan keçərək seriyalı istehsala daxil olacağı gözlənilir. Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, təyyarədə “Phinergy Ltd” şirkəti tərəfindən hazırlanan modernləşdirilmiş alüminium-hava batareyasından (Aluminum-Air Battery) istifadə olunub. “Biz buna ənənəvi akkumulyator batareyalarına malik bufer, eləcə də analitik alqoritmlərdən istifadəyə əsaslanan “ağıllı” enerjipaylama sistemi əlavə etdik. Bunların hamısı birlikdə isə akkumulyator batareyalarının çatışmayan enerjisinin hər zərrəsindən istifadəyə imkan verən yüksək səmərəli enerji sistemidir”, - mütəxəssislər bildirib.  

Nizam Nuriyev 





07/07/17    Çap et