Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar


Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həllini tapıblar. Onlar tərəfindən yaradılmış çipin prototipi özündə prosessor, yaddaş, həmçinin əlavə sensorları birləşdirir.

Silisium materialından hazırlanan müasir çiplərdən fərqli olaraq, prosessor və yaddaşı özündə birləşdirən prototip karbon (qrafen) nanoborularından yaradılıb və üzərinə rezistiv yaddaş (RRAM) qatı çəkilib.

Alimlərin sözlərinə görə, yaradılmış yeni çip ən mürəkkəb nano elektron sistemə malikdir. Bundan başqa, üçölçülü kompüter arxitekturası reallaşdırılıb. Məhz karbondan istifadə nəticəsində bu irəliləyiş əldə edilib, çünki silisium çiplərin istehsalı zamanı yüksək temperatur tələb olunur ki, bu da  “RRAM”-ın həssas xanalarına zərər vura bilər.

Emil Hüseynov





07/07/17    Çap et