Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil virus dünyada 14 milyon qurğunu yoluxdurub


“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara nüfuz edən “CopyCat” virusu 14 milyon smartfonu yoluxdurub. Bu barədə “Check Point Software Technologies” şirkətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, virus sistemə daxil olaraq reklam gəlirlərini generasiya etməyə başlayır. Ekspertlərin sözlərinə görə, “CopyCat” virusu hakerlərə 1,5 milyon dollar qazanc gətirib.

“CopyCat” artıq yoluxdurulmuş qurğuların ümumi sayının 8 milyonuna müdaxilə edib. Bildirilir ki, adətən yükləmə və aktivasiya istifadəçilərdə şübhə doğurmur. Qurbanların əksər hissəsi Cənub-Şərqi Asiya sakinləridir, lakin 280 min ABŞ istifadəçisinin də yoluxmaya məruz qalması məlum olub.  

Nizam Nuriyev 





07/07/17    Çap et