Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya məktəblilərinin 90%-dən çoxunda mobil telefon var


Aparılan tədqiqata əsasən, Cənubi Koreya sakinləri 10 yaşından etibarən mobil texnologiyalardan fəal istifadə etməyə başlayırlar. Dankuksk Universiteti (Cənubi Koreya) əməkdaşlarının keçirdikləri sorğu təxminən 6000 məktəblini əhatə edib.

Nəticələrə əsasən, Cənubi Koreya məktəblilərinin 90%-dən çoxunda mobil telefon var. Qeyd edək ki, bu ölkədə mobil xidmət haqqı hesabı isə 23 dollar təşkil edir.

Təhsil müəssisələrində mobil telefonlardan istifadəyə qadağa qoyulması sualına 48% ibtidai məktəb şagirdi müsbət, lakin orta məktəblərin 70%-dən çox şagirdi isə mənfi cavab verib.

Müəllimlər isə belə ölçünün tətbiq edilməsinə ikiəlli razıdırlar, onların fikrincə, mobil telefonlar tədris prosesinə mane olur və yeniyetmələrin qiymətlərinə neqativ təsir edir.




10/10/11    Çap et