Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prosessorların işi 30 faiz sürətlənəcək


Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə).
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, texnologiya prosessoru proqram üçün hansı variantın (bir böyük “cache” və ya bir neçə “cache” səviyyəsi) daha sürətli olacağı barədə məlumatlandıracaq. Alimlər bildirib ki, “Jenga” ilə 36 nüvəli prosessor 30 faiz daha sürətli işləyir 85 faiz az enerji sərf edir. Bundan sonra nüvələrin sayının çox olması enerji sərfiyyatına az təsir göstərəcək. Bu, xüsusilə hər vaxtın əhəmiyyət daşıdığı smartfonlar üçün faydalıdır.
 
Bildirilir ki, texnologiyanın müasir prosessorlarda tətbiqi üçün uzun müddət tələb olunduğundan “Jenga” hazırda nəzəri baxımdan işləyir. Bundan əlavə, sistemin məhsuldarlığı nüvələrin sayına görə artır, bu səbəbdən mobil çiplərdə artım az nəzərə çarpacaq.
 
Nizam Nuriyev 





11/07/17    Çap et