Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni displey tipi virtual reallıq eynəklərindən istifadə zamanı gözlərin yorulmasının qarşısını alacaq


Çoxsaylı virtual reallıq şlemlərinin uğuru bu texnologiyanın daha kütləvi inkişafına imkan yaradır. Amma yeni texnologiyanın insana qeyri-adi hisslər yaşatmasına baxmayaraq, o, bəzi çatışmazlıqlara malikdir. Məsələn, virtual məkanda uzun müddət vaxt keçirmək gözlərin yorğunluğuna səbəb olur. İllinoys Universitetində çalışan alimlərin yeni həlli çıxış yolu ola bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni displey, daha dəqiq isə onun işlək prototipinin ölçüsü 2,5x5 sm-dir. Displey bir sıra maraqlı yeniliklər sayəsində həqiqi təsviri əks etdirmək qabiliyyətinə malikdir. Belə ki, adətən virtual reallıq şlemində üçölçülü təsvir optik təsvir texnologiyası (“Optical Mapping”) sayəsində əldə edilir. Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, optik təsvir zamanı ekran bir neçə sahəyə bölünür və hər bir sahədə ikiölçülü təsvir formalaşdırılır.
 
Bundan sonra hər bir ikiölçülü sahə dərinlik xüsusiyyətləri əldə edir və  xüsusi alqoritmlər dərinlik keçidlərini elə təmin edir ki, nəticədə üçölçülü təsvir alınır.
 
Ən maraqlısı odur ki, yeni texnologiya artıq mövcud olan istənilən ekran tipini dəstəkləyir.
Emil Hüseynov





11/07/17    Çap et