Alimlər cizgi filmini DNT-yə yazmağa müvəffəq olublar
Alimlər qısametrajlı cizgi filmini bakteriyanın DNT-nə (dezoksiribinuklein turşusu) yazmağa və bundan sonra genomun sekvensiyasının köməyilə onu 90% dəqiqliklə bərpa etməyə müvəffəq olublar. Beləliklə, alimlər nümayiş etdiriblər ki, DNT-də yalnız genetik deyil, həm də istənilən başqa informasiyanı yadda saxlamaq mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "
rambler.ru" saytına istinadən yazır ki, molekulyar səviyyədə ardıcıl dəyişiklikləri (məsələn, kadrların dəyişməsi) izləmək qabiliyyəti – molekulyar mühəndisliyin köməyi ilə yazma texnologiyasının yaradılması üçün əsasdır. Hüceyrələr müəyyən hadisələri (məsələn, genlərin ekspressiyası) öz genomunda özləri yazmalı olacaqlar. Bundan sonra artıq informasiyanı əldə etmək mümkündür.
Sözügedən texnologiyadan müxtəlif məqsədlər üçün istifadə imkanına baxmayaraq, alimlərdən ibarət komanda ümid edir ki, onu beynin araşdırılmasında tətbiq etmək mümkün olacaq.
Emil Hüseynov