“Microsoft PowerPoint” təqdimatları real vaxtda tərcümə edəcək
“Microsoft” korporasiyası təqdimatların real vaxt rejimində tərcüməsini təmin edən “Presentation Translator” proqramını istifadəyə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, “Presentation Translator” mayda “Microsoft Build 2017” konfransında nümayiş olunub və “PowerPoint” proqramı üçün əlavədir. Əlavə yükləndikdən sonra “PowerPoint” təqdimatları bir dildən digərinə və əksinə, avtomatik tərcümə etməyə başlayır.
Məruzəçi təqdimatlarda subtitrlərin daha aydın görünməsi üçün onları həm istifadə olunan dildə, həm də dünyanın 60 dilinə tərcümədə avtomatik əlavə edə bilər. Təqdimat dinləyiciləri “Microsoft Translator” vasitəsilə subtitrləri qurğularda seçilmiş dillərdə oxuya və ya slaydları tərcümə edərək onların formatını saxlaya biləcəklər.
Nizam Nuriyev