Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 8” “3D” lazer skanetmə sistemi ilə təchiz ediləcək


"Apple" şirkətinin mühəndisləri "iPhone 8" smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar.   
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq.
 
Məlumata görə, lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək.  
 
Bununla belə, şirkət mühəndislərinin "3D" lazer skanetmə sistemi üzərində işi "iPhone 8" modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.
 
Nizam Nuriyev 





14/07/17    Çap et