“Wi-Fi” xidmətləri göstərən təyyarələrin sayı artacaq
“Juniper Research” şirkəti uçuşda “Wi-Fi” xidmətləri təklif edən kommersiya təyyarələrinin sayının növbəti 5 il ərzində artaraq 2022-ci ilədək təxminən 14,5 milyon hava gəmisinin “Wi-Fi” simsiz rabitəsi ilə təchiz ediləcəyini proqnozlaşdırır. 2017-ci ildə bu göstəricinin 5 mindən çox olacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Eizvestia” resursuna istinadən yazır ki, bu gün kommersiya təyyarələrinin dörddə bir hissəsi “Wi-Fi” rabitəsi ilə təchiz edilsə də, xidmətə tələbat daim artır. Tələbat insanların daim iş, internetdə oyun və axtarış üçün planşet və smartfonlardan istifadə etmək istəkləri ilə əlaqədardır. Beləliklə, təyyarələrdə “Wi-Fi” xidmətlərinin göstərilməsi aviaşirkətlər arasında rəqabət üçün əlavə üstünlük ola bilər.
Məlumata görə, bu, həmçinin “Alaska Airlines” və “United Airlines” aviaşirkətlərində istifadə edilən “Gogo” kimi provayderlər üçün gəlirli iş olacaq. Xidmət haqqı 1 saat üçün 7 dollar, 1 gün üçün 19 dollar təşkil edir. Özəl aviadaşıyıcılar aylıq və illik abunələr rəsmiləşdirə bilərlər.
“Juniper Research” nümayəndələri, həmçinin uçuşda sərnişinlər üçün simsiz xidmətləri adi əyləncə sistem funksiyaları kimi təklif edən aviaşirkətlərin sayının artmasını qeyd ediblər. Agentliyin proqnozuna görə, belə xidmətlərdən illik gəlir 30 faiz artacaq.
Bildirilir ki, lakin bu istiqamətlərin inkişafı üçün ABŞ hökumətini sərnişin reyslərində noutbukların daşınmasına qadağanın tətbiq (sonradan ləğv edilib) edilməsinə məcbur edən təhlükəsizlik kimi ciddi problem mövcuddur. Bu amil xidmətlərin inkişafına böyük təsir göstərə bilər.
Daha bir problem isə təyyarədə “Wi-Fi” rabitə xidmətinin yaxşı göstərilməməsi olsa da, onun keyfiyyətinin sayla birlikdə yaxşılaşacağına böyük ümidlər bəslənilir.
Nizam Nuriyev