“iOS” qurğu istifadəçiləri üçün yeni fırıldaqçılıq üsulu icad edilib
“ESET” şirkəti “iPhone” və “iPad” qurğu istifadəçilərinə yeni fırıldaqçılıq növü barədə xəbərdarlıq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Macdigger” resursuna istinadən yazır ki, məlumata görə, cinayətkarlar istifadəçilərə “iTunes” onlayn mağazasında mövcud olmayan alış barədə məktub göndərərək bank kartı və digər fərdi informasiya haqqında məlumatlar toplamağa başlayırlar.
Bildirilir ki, potensial qurbana onlayn mağaza əməkdaşı adından məktub gələrək naməlum qurğuda “Apple ID” autentifikasiya sistemindən müğənni Rihannanın albomunun alınması üçün istifadə olunması bildirilir. İstifadəçiyə məlumatı rədd etməklə alışı təsdiq etmək və ya əməliyyatı ləğv etmək üçün qeyd olunan saytın ünvanına daxil olmaq təklif olunur.
İstifadəçi çox vaxt məktubda qrammatik səhvlərə və göndərənin ünvanının “Apple” şirkətinə aid olmamasına fikir verməyərək fırıldaqçılara inanır və fişinq saytına keçid edir. Orada istifadəçiyə “Apple ID” identifikatorunun və parolun daxil edilməsi, eləcə də şəxsiyyəti təsdiq etmək (soyad, ad, ata adı, telefon, poçt ünvanı, doğum tarixi, bank kartı məlumatları) üçün anket doldurmaq təklif edilir.
Məlumatlar daxil edildikdən sonra səhifədə istifadəçi məlumatlarının uğurla yoxlamadan keçməsi barədə məlumat göstərilir. Sonra istifadəçi həqiqi “iTunes Store” mağazasının əsas səhifəsinə yönəldilir, onun fərdi məlumatları isə fırıldaqçılar tərəfindən ələ keçirilir.
Ekspertlər spam məktublarını rədd edərək antispam və antifişinq funksiyalı kompleks antivirus məhsullarından istifadəni tövsiyə edirlər.
Nizam Nuriyev