Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Elektron hökumət" üzrə təlimlər davam edir


Region sakinlərinin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Məlumat Hesablama Mərkəzi və “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi seminarlar keçirib. Seminarlar “Elektron hökumət” portalı, elektron imza, “Açıq hökumət” məlumatlarından istifadə, elektron arayışlar və digər elektron xidmətlər üzrə mövzuları əhatə edib.
 
"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının və özəl sektorun nümayəndələrinin də qatıldığı təlimlərdə ümumilikdə 100-dən artıq yerli sakin iştirak edib.
 
İctimai Birliyin sədr müavini Ceyhun Abbasov və Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərlinin təqdimatında 14 iyul Ağcabədi və 15 iyul tarixdə İmişlidə keçirilmiş təlimlərdə yerli sakinlərə "Elektron hökumət" portalından istifadə etməklə dövlət qurumlarının təqdim etdiyi 100-lərlə xidmətdən vaxt və zaman itkisi olmadan yararlanmağın qaydaları öyrədilib.
 
Təlim iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş "Elektron hökumət" barədə maarifləndirici kitab paylanıb.
 
Qeyd edək ki, seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə baş tutub.





18/07/17    Çap et