Havada zərərli birləşmələri müəyyənləşdirən smartfon yaradılıb
“AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin naməlum qalmasına baxmayaraq insayderlər “MWC 2017” sərgisində nümayiş olunan qurğu haqqında məlumatları bölüşməkdə davam edirlər. Smartfon ikili ön kameraya havada uçan üzvi birləşmələrin (VOC) tərkibini monitorinq və təhlil etməyə imkan verəcək texnologiya ilə təchiz ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
AndroidInsider” resursuna istinadən yazır ki, bu maddələrin yüksək səviyyədə olması ölümlə nəticələnməsə də, ümumilikdə insan səhhətinə təsir göstərməklə başağrıları, süstlük və s. yaradır. Belə birləşmələrə, məsələn, karbohidrogen, aldehid, spirt, keton və terpentinlər aid edilir.
Bundan başqa, internetdə “AGM X2” smartfonunun arxa panelində adi “IP68” əvəzinə “MIL-STD-810G” yazısına rast gəlinən şəkilləri yayılıb. Bu, ABŞ Silahlı Qüvvələrində istifadə olunan xüsusi hərbi standartdır. Bu isə o deməkdir ki, qurğu ekstremal yüklənmə şəraitinə davamlıdır, qeyri-standart vəziyyətlərdə və yüksək temperaturlarda istifadə oluna bilər.
Smartfonun akkumulyator tutumunun 6 min milliamper/saat təşkil edəcəyi gözlənilir. Bu göstərici “AGM X1” qurğusunda 5400 milliamper/saata bərabər olub.
Nizam Nuriyev