Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S8” smatrfonunun “Active” versiyası təqdim ediləcək


“Samsung” şirkəti hər il qabaqcıl smartfon modelinin möhkəm korpusa və sudan tam mühafizəyə malik “Active” versiyasını təqdim edir. Son qabaqcıl modellərin də su və toz keçirməz olmasına baxmayaraq istehsalçı daha yüksək davamlılıqlı qurğulara üstünlük verən istifadəçilər üçün “Active” versiyaları buraxmaqda davam edir. Bu il də istisna olmayacaq və “Galaxy S8 Active” smartfonunun buraxılışı gözlənilir. Nüfuzlu “SamMobile” resursu smartfonun yeni şəkilini dərc edərək onun təxmini buraxılış müddətini açıqlayıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni təsvir bir daha təsdiq edir ki, “Galaxy S8 Active” smartfonu “Galaxy S8”-də olduğu kimi, tərəflərinin nisbəti 18:9 və nazik çərçivəli ekranla təchiz edilsə də, əyilmiş kənarlara malik olmayacaq. Bunun düşmə zamanı ekranın sınmaması - daha yüksək möhkəmlilik üçün edildiyi ehtimal olunur.
 
Məlumata görə, texniki xüsusiyyətlər baxımından adi “Galaxy S8” modelinə tam oxşar olacaq “Galaxy S8 Active” 5,8 düym diaqonallı “AMOLED” displey, “Exynos 8895” prosessoru, 4 giqabaytlıq operativ yaddaş və s. ilə təchiz olunacaq. Smartfon sudan “IP68” standartı üzrə mühafizə olunmaqla yanaşı, “MIL-STD-810G” hərbi davamlılıq sertifikatına malik olacaq.
 
“Galaxy S8 Active” smartfonunun avqustun 1-də işıq üzü görəcəyi gözlənilir.
 
Nizam Nuriyev 





19/07/17    Çap et