“Samsung” “ağıllı” ev kolonkasının istehsalı dayandırılır
“Samsung” şirkəti “Bixby” köməkçi funksiyası əsasında işləyəcək “ağıllı” ev kolonkasının istehsalından imtina etməklə bağlı qərar qəbul edib. Şirkət ilk dəfə mayın əvvəlində ictimaiyyətə məlum olan “Vega” layihəsini bir il əvvəl inkişaf etdirməyə başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
theRunet” resursuna istinadən yazır ki, kolonkanın “Amazon Echo”, “Google Home” və digər analoqlara rəqib olacağı gözlənilirdi. Lakin Cənubi Koreya istehsalçısı layihənin uğursuz olacağı və böyük gəlir gətirməyəcəyi qərarına gəlib. “Samsung” hazırda süni intellektli kolonkaları perspektivli layihə hesab etmir, “Amazon” artıq dünya bazarında liderdir, Koreya bazarı isə gəlir əldə etmək üçün çox kiçikdir”, - anonim mənbə “The Korea Herald” nəşrinə bildirib.
Hazıra “ağıllı” ev qurğuları bazarının 70 faizi “Amazon Echo” qurğusuna məxsusdur, ikinci yeri isə “Google Home” tutur. Cənubi Koreya bazarında lider “NUGU” qurğusunun sahibi “SK Telecom” şirkətidir. Şirkətin satdığı “NUGU” qurğusunun sayı 100 min təşkil edir.
Analitiklərin proqnozlarına görə, “ağıllı” ev qurğuları bazarının həcmi 2024-cü ilədək 13 milyard dollaradək artacaq. Bu qurğu sahiblərinin təxminən yarısı 1 dinamik almağa üstünlük verir. Son vaxtlar əksər iri istehsalçılar seqmentdə layihələr təqdim edib, Məsələn, “Lenovo SmartCast+”, “Alibaba Tmall Genie X1” qurğuları yaradılıb.
Nizam Nuriyev