Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?


2016-2017-ci illərdə şifrləyici virus proqramlarından ziyan çəkən istifadəçilərin sayı 1 milyonu ötüb. Bu barədə Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkətinin press-relizində deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, 2015-2016-cı illərin müvafiq dövrü ilə müqayisədə son 2 ildə faylları şifrləyən troyanlardan ziyan görən istifadəçilərin sayı təxminən 2 dəfə - 718 536 nəfərdən 1 152 299 nəfərədək artıb.
 
Şirkətin antivirus üzrə eksperti Anton İvanovun sözlərinə görə, şifrləyici proqramların hücumlarının artması ilə bağlı əsas narahatçılığı onların getdikcə daha çox maliyyə və sənaye infrastrukturunu hədəf seçmələri doğurur. “Belə tendensiyanın səbəbi aydındır: cinayətkarlar təşkilatlara məqsədli zərərli hücumları adi istifadəçilərə kütləvi hücumlardan daha gəlirli hesab edirlər. Bu halda cinayətkarların məqsədi təkcə şirkətin pulları deyil, şantaj və sabotaj üçün istifadə oluna biləcək qiymətli informasiyadır. Bu yaxınlarda dünyada minlərlə kommersiya şirkətinin və dövlət təşkilatının kompüterlərini yoluxduran “WannaCry” və “ExPetr” virusları bu narahatlığı bir daha təsdiq edir”, - ekspert vurğulayıb.
 
Nizam Nuriyev 





21/07/17    Çap et