Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” smartfon bazarında hökmranlıq edir


“ComScore” şirkəti avqust ayına görə mobil telefon və smartfonların Amerika bazarı üzrə statistikasını dərc edib.

Elan edilmiş göstəricilər 30 min abunəçidən toplanmış məlumatlara əsaslanır. ABŞ-da 13 yaşdan yuxarı təxminən 234 milyon insan mobil aparatlardan istifadə edir.

“Samsung” şirkətinin texnikasına daha çox maraq edir: onun payı 25,3% təşkil edir. 21,0% göstərici ilə “LG Electronics” şirkəti ikinci yeri tutur və 14,0% göstərici ilə isə “Motorola” üçlüyü tamamlayır. Sonra “Apple” və “Research İn Motion” gəlir, onların payları müvafiq olaraq 9,8 və 7,1%-ə bərabərdir.

Son 3 ay ərzində ABŞ-da smartfon sahiblərinin sayı 10% artaraq, 84,5 milyon olub. “Google Android” əməliyyat sisteminin payı 5,6% artıb: bu mobil platforma hal-hazırda Amerika smartfon bazarının 43.7%-ni tutur.

İkinci yeri 27,3% göstərici ilə “Apple iOS” tutur. “RİM”, “Microsoft” və “Symbian”-ın mobil əməliyyat sistemləri bazarda müvafiq olaraq 19.7, 5.7 və 1.8% tuturlar.




10/10/11    Çap et