“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”
Süni intellekt texnologiyalarının böyük imkanlara malik olmasına baxmayaraq əksər proqram təminatı istehsalçıları əvvəlcə istifadəçilərin tələbatını, tətbiq edilmə sahələrini və məhsuldan istifadənin faydasını müəyyənləşdirmək əvəzinə, onu tezliklə bazara çıxararaq “süni intellekt” termini ətrafında ajiotajdan yararlanmağa çalışır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, təxminən min şirkət onlar tərəfindən buraxılan əlavə və platformaların süni intellektə əsaslanmasını bildirib. Lakin biznes bəzən onlara lazımi maraq göstərmir. Alıcılar bu terminin tez-tez istifadəsindən çaşqın vəziyyətə düşür və həmin məhsulların üstünlüyünün nədən ibarət olmasını anlaya bilmirlər. Bundan əlavə, biznes ixtisaslı mütəxəssislərin çatışmazlığı səbəbindən süni intellekt texnologiyalarının tətbiqinə başlamaqdan ehtiyat edir.
Bildirilir ki, proqram tərtibatçılarına diqqəti məhsullarda ən yeni texnologiyaların tətbiqinə deyil, onların biznesdə hansı problemləri həll edə biləcəklərinə yönəltmək tövsiyə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, süni intellekt əsaslı sistemlər kadr çatışmazlığı probleminin həllinə necə kömək edir və nə üçün hazır həldən istifadə şəxsi texnologiyanın hazırlanmasından daha tez nəticə verə bilər.
Nizam Nuriyev