Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Həyat yoldaşını “Facebook”da statusunu “like” etmədiyinə görə döyüb


Amerikalı polis 36 yaşlı texaslı Benito Apolinarı həbs edib. O, öz həyat yoldaşının “Facebook”da onun statusunu “like” etmədiyinə görə döyüb, - “CNET” yazır. Öz əri ilə yaşamayan qadın Benito Apolinarın anasının ölümünün ildönümü haqqında xəbərinə əhəmiyyət verməyib.

Kişi hirslənib və yoldaşını ittiham edib ki, o, dostları arasında onun statusunu bəyənməyən yeganə şəxsdir. Kişinin sözünə əsasən, o, anasının ölümünün ildönümü haqqında xəbəri ilk "like" etməli idi. Benito Apolinar özünü günahkar saymır və iddia edir ki, məhz yoldaşı özü-özünü vurub.




10/10/11    Çap et