Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmsal əyləncə dünyasında qəribə qoxular


Fransanın “Olf-Action” şirkəti “Lisbon Design Show” (Portuqaliya; 11-15 oktyabr) sərgisində “SMELLİT” konsepsiyasını nümayiş etməyi planlaşdırır.

“SMELLİT” konsepsiyasını dizayner Nuno Teykseyra təklif edib. Qurğu ekranda əks etdirilən məzmuna uyğun olaraq baza komponentlərinin dəsti əsasında müxtəlif ətirlər yaradır.

Qurğunun nəzəri cəhətdən yaya biləcəyi ətirlər arasında "hospital atmosferi", "tüstü qoxusu", "biçilmiş otun qoxusu", "qızılgül qoxusu", "pis qoxular" və digərləri mövcuddur.

“SMELLİT” sistemini oyun konsolları, fərdi kompyuterlərlə və s. ilə istifadə etməyin mümkün olacağı gözlənilir. Yeniliyin bazara çıxarılması müddəti və onun təxmini qiyməti haqqında hələ məlumat verilmir.




10/10/11    Çap et