“Elektron hökumət” portalı üzərindən təqdim olunan arayışlardan istifadə sayı artıb
"Elektron hökumət" portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldə etmə imkanı yaradır.
Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artır və bu günə qədər
17 arayış növü üzrə
1 252 176 dəfə müraciət qeydə alınıb.
Beləliklə,
elektron arayışlar üzrə müraciət sayını təqdim edirik:
– İş yerinə dair arayış - 608 034
– Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış - 275 054
– Yaşayış yeri haqqında arayış - 75 643
– Diplom haqqında arayış - 64 473
– Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış - 61 200
– İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış - 27 964
– Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış - 25 192
– Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış - 21 439
– Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitəsi haqqında elektron arayış - 17 325
– Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayışlar - 17 029
– Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış - 16 532
– Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış - 12 253
– Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış - 11 846
– "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatın verilməsi xidməti - 8 249
– "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayış - 6 127
– Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar - 2 545
– Dənizçinin şəxsiyyət sənədi - 1 271.
Bu arayışların elektron formada təqdimi vaxta qənaətlə yanaşı, bürokratik maneələri aradan qaldırır. E-arayışları PDF formatında yaddaşa verdikdən sonra çap edilməsi və istənilən elektron poçt ünvanına göndərilməsi mümkündür.
Qeyd edək ki, "Elektron hökumət" portalının "Elektron arayışlar" bölməsində "
Elektron arayışların yoxlanılması" xidməti də yerləşdirilib. Bu xidmətin köməyi ilə arayışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə onun etibarlılığını yoxlamaq mümkündür. Sözügedən xidmətə bu günə qədər
57 112 dəfə müraciət olunub.