Dünyanın ən güclü smartfonu hansı olacaq?
Son illər Çin və Cənubi Koreya texnoloji şirkətləri yüksək məhsuldarlığa malik məhsulun buraxılışında “Apple” şirkətinə çatmaq və onu geridə qoymaq baxımından yaxınlaşıblar. Lakin əldə olunan məlumatlar Apple” şirkətinin yeni “iPhone 8” smartfon modelinin yaxın gələcəkdə ən güclü smartfon adını özündə saxlayacağından xəbər verir.
“ICTnews” Elektron Xəbər Xidməti “
VistaNews” resursuna istinadən yazır ki, belə ki, yeni “Apple” qurğusunun ən müasir “Apple A11” prosessoru ilə təchiz ediləcəyi bildirilir. Çip ilk dəfə yeni “iPod Pro” planşetində quraşdırılan altınüvəli “Apple A10X Fusion” prosessorundan daha məhsuldar olacaq. Xatırladaq ki, “Geekbench” servisində keçirilən testlərin nəticələrinə görə, planşet birnüvəli rejimdə 3850, çoxnüvəlidə 9150 bal toplayıb. Bu, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfon modellərindən 30 faiz çoxdur.
Ekspertlərin fikrincə, daha güclü olacaq “Apple A11” “Geekbench” servisində 4500/9000 bal səviyyəsində nəticələr nümayiş etdirə biləcək. Bunun belə olacağı təqdirdə yeni “iPhone” dünyanın ən məhsuldar smartfonu adına layiq görüləcək.
Qeyd etmək lazımdır ki, Çinin “Huawei” şirkəti “Apple” qurğusunun lider olacağı fikri ilə qəti razılaşmır. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni qabaqcıl “Huawei Mate 10” ABŞ rəqibinin nəticələrini geridə qoyacaq.
Nizam Nuriyev