Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da çat botlar öz dillərini yaradıblar


“Facebook”un proqramçıları süni intellekt əsasında yaradılan çat botları deaktiv ediblər.
 
Qeyd edək ki, ilk öncə bütün çat botlar bir-biri ilə ingilis dilində ünsiyyət qurublar. Amma tezliklə çat botlar öz aralarında daha sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Bu, çat botların deaktiv edilməsinə səbəb olub. Proqramçılar bu addımı layihənin məqsədinə zidd olması ilə izah ediblər. Mütəxəssislər süni intellektin digər agentlərini yalnız ingilis dilində ünsiyyət üçün yenidən proqramlaşdırıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən yazır ki, sözügedən sosial şəbəkənin yaradıcısı Mark Zukerberq əmindir ki, süni intellekt bəşəriyyətin gələcəyini yaxşılaşdırmağa kömək edəcək, hərçənd bir çoxu bu fikirdədir ki, süni intellekt böyük təhlükədir.
 
Emil Hüseynov





01/08/17    Çap et